Köçəryan: “1 Mart” illər ərzində mifləşdirilib”

2026/01/1769691713.jpg
Oxunub: 352     17:45     14 May 2026    
“1 Mart” illər ərzində mifləşdirilib”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti və “Hayastan” blokunun baş nazirliyə namizədi Robert Köçəryan “Nouvelles d’Arménie” nəşrinə müsahibəsində deyib.

“2008-ci il prezidentliyimin son ili idi. Bəli, bu bir şou idi. Səbəb seçkilərdə 21 faiz səs toplamış məğlub tərəfin özünü qalib elan etməsi idi. Hər şey məhz bundan başladı və bu tamamilə başqa hekayədir. Mənim vəzifədə olduğum müddətdə bu yeganə toqquşma hadisəsi idi.

Mən səlahiyyət müddəti başa çatan prezident idim və bir ay sonra vəzifədən getməli idim. Hakimiyyətdən getdikdən sonra isə heç vaxt heç bir vəzifə saxlamamışam. Əsl hekayə budur. Bu gün geriyə baxanda düşünürəm ki, əgər “1 Mart” həmin qüvvələrin vasitəsilə uğur qazansaydı, biz Qarabağı itirərdik. Eyni insanlar, eyni məqsəd…

Nikol Paşinyan həmin prosesin əsas iştirakçılarından biri idi. Levon Ter-Petrosyan şəxsən toqquşmalarda iştirak etməyib. Nələrin baş verdiyini görürdü, amma həmin gecə ora getmədi. “1 Mart” illər ərzində mifləşdirilib. Bütün proses mifləşdirilib. Artıq mən vəzifədə olmayanda təbliğat üsulları ilə həmin hadisələrin bütün məsuliyyətini mənimlə əlaqələndirməyə çalışdılar”, - deyə o bildirib.

Ermənilərin əksəriyyətinin niyə onun lehinə səs verəcəyini düşündüyü ilə bağlı suala Köçəryan belə cavab verib: “Çünki bunların (mövcud hakimiyyətin) çatdığı nöqtə, mənim fikrimcə, fəlakətdir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin