“Bu gün Ermənistanda 60-dan çox siyasi məhbus var” - Köçəryan

2026/05/1777714481.jpg
Oxunub: 377     17:37     14 May 2026    
“Sizin danışdığınız demokratiya və sair məsələlərin iqtisadi siyasətin effektivliyi ilə birbaşa əlaqəsi yoxdur”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti və “Hayastan” blokunun baş nazirliyə namizədi Robert Köçəryan “Nouvelles d’Arménie” nəşrinə müsahibəsində deyib.

“Bu gün Ermənistanda neçə siyasi məhbus var? 60-dan çox. Sadəcə mənim dövrümdən bir siyasi məhbusun adını verin. Baxın, bu gün Ermənistanda nə baş verir. Kilsəyə münasibət sadəcə qəzəbləndiricidir. Bu, demokratiya deyil. Bizim həbsdə olan dörd arxiyepiskopumuz var, katolikos isə sərbəst hərəkət edə bilmir. Bu, demokratiyadırmı?”, - deyə o qeyd edib.

2018-ci ildə erməni xalqının onun da təmsil etdiyi köhnə qvardiyadan qurtulmaq istəməsi ilə bağlı fikrə isə sabiq erməni prezident belə cavab verib:

“Məni cənab Sarkisyanla qarışdırmayın. 2018-ci ildə mən artıq on il idi prezident deyildim. Mən 2008-ci ildə vəzifədən getmişəm. Ermənistanın idarə olunması 1998-2008 və 2008-2018-ci illərdə tamamilə fərqli iki tarixdir. Bilirəm ki, burada bəzi insanlar bunları bir-biri ilə əlaqələndirməyə çalışırlar, amma mən bununla razı deyiləm. Mən mühəndis təhsili almışam və faktları sevirəm. Sadəcə mənə faktlar verin. Mənim dövrümdə dövlət vəzifəsi tutmuş bir qohum və ya yaxın adamın adını çəkin. Mən jurnalistlərə həmişə eyni sualı verirəm: sadəcə faktlar gətirin”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin