Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti, “Hayastan” blokunun baş nazir postuna namizədi Robert Köçəryan “Nouvelles d’Arménie” nəşrinə müsahibəsində deyib.
“Bu məsələlərdən biri kilsədir. Ermənistanda heç vaxt kilsəyə qarşı belə münasibət olmayıb. Digəri isə bizim kimliyimizə münasibət, eləcə də Qarabağ məsələsi ilə bağlı mövqelərdir.
Cəmi bir neçə il əvvəl təsəvvür etmək çətin idi ki, Ermənistan hakimiyyəti belə bir bəyanat verə bilər: “Biz müstəqillik qazanmaq üçün Qarabağı qurban verdik”. Mənim fikrimcə, bu, absurddur. Qarabağın itirilməsindən danışmaq olar, amma bunu nailiyyət kimi təqdim etmək olmaz”, - deyə o bildirib.
Köçəryan qeyd edib ki, ilk problem ölkənin təhlükəsizliyidir: “Əgər təhlükəsizlik pozulubsa, heç bir başqa proqram həyata keçirilə bilməz.
Bu gün təhlükəsizlik sahəsində vəziyyət çox ciddidir, çünki hazırkı hakimiyyət əvvəlki təhlükəsizlik sistemini dağıdıb, yenisi isə hələ formalaşmayıb. Əslində, eyni şey bütün dünyada baş verir. ABŞ rəhbərliyi altında formalaşmış qlobal dünya düzəni sökülür, yenisi isə çoxsaylı ziddiyyətlərlə qurulma mərhələsindədir.
Ermənistanda isə başqa səbəblərlə eyni proses yaşanır: qlobal qeyri-sabitlik şəraitində təhlükəsizlik sistemini gücləndirmək əvəzinə, Ermənistan artıq mövcud olanı dağıdır”, - deyə Köçəryan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az