Ordu.az xəbər verir ki, bu barədə mayın 14-də jurnalistlərlə söhbətində Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Bu bəyanatı verdiyi zaman və jurnalist mənim reaksiyamı ona çatdıranda, o, dərhal bunun 100 faiz fakt olduğunu iddia etməyə başladı. Bundan sonra o, Ermənistanda siyasətlə məşğul olmaq istəyir və deyir ki, guya güclüdür? Elə ki, sən deyirsən məhkəməyə verəcəyəm və onu göbələk yedizdirəcəyəm, əllərini qaldırıb sözlərindən geri çəkilir”, - deyə Paşinyan qeyd edib.
O, bir daha vurğulayıb ki, “Hayastan”, “Güclü Ermənistan” ittifaqları və “Çiçəklənən Ermənistan” partiyası çox sürətlə elə bir yolla gedir ki, onlar parlamentə keçid həddini aşa bilməyəcəklər.
Alpər Mövludoğlu
Ordu.az