Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, müvafiq qərar Ermənistan hökumətinin mayın 14-də keçirilən iclasında qəbul edilib.
Əvvəlki qaydalara əsasən, MTX il ərzində ilkin ayrılmış maliyyələşmənin 3,7 faizinə qədər əlavə vəsait ala bilirdi. İndi bu hədd 7,7 faizə çatdırılıb.
Qeyd edilir ki, ilkin mərhələdə Ermənistan MTX-nin büdcəsi 61,6 milyard dram təşkil edib (təxminən 162 milyon dollar). Buna görə də qurum əlavə olaraq maksimum 1,23 milyard dram ala bilərdi. Lakin faktiki ehtiyac demək olar ki, üç dəfə çox, 3,5 milyard dram (9,2 milyon dollar) vəsait ayrılmasına yaranıb. Məhz buna görə də limitin artırılması barədə qərar qəbul olunub.
Alpər Mövludoğlu
Ordu.az