EFES - 2026” təlimi davam edir - FOTO

2026/05/9cf21-1778761560.jpg
Oxunub: 427     16:21     14 May 2026    
Türkiyə Respublikasında hərbi qulluqçularımızın iştirakı ilə keçirilən “EFES - 2026” çoxmillətli birgə müştərək təlimi davam edir.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.


Azərbaycan nümayəndə heyətinin rəhbəri general-leytenant Azər Əliyev təlimin keçirildiyi ərazi ilə tanış olub, təlim yerlərində yaradılan şərait və yerinə yetirilən fəaliyyətlərlə maraqlanıb.

Qeyd edək ki, təlimdə əsas diqqət iştirakçı ölkələrin bölmələri arasında birgə fəaliyyətlər zamanı koordinasiyanın gücləndirilməsinə və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına yönəldilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: EFES   2026   Təlim   MN  


Bizi "telegram"da izləyin