Ermənistan Livana yardım göstərəcək

2026/05/1778759166.jpg
Oxunub: 339     15:39     14 May 2026    
Ermənistan Livana humanitar yardım göstərəcək.

Ordu.az xəbər verir ki, bununla bağlı qərar mayın 14-də Ermənistan hökumətinin iclasında qəbul edilib.

Qeyd edilir ki, bu məqsədlə ehtiyat fondundan Ermənistan İqtisadiyyat Nazirliyinə təxminən 60 milyon dram ayrılıb.

Bildirilir ki, həmin məbləğin 34 milyon dramı ərzaq məhsulları və sanitar-gigiyenik vasitələrin alınmasına, 26 milyon dramı isə dərmanların alınmasına xərclənəcək.

Qərarda qeyd olunur ki, Livanda hərbi əməliyyatlar nəticəsində humanitar böhran yaranıb və bu şəraitdə ərzaq məhsullarına, həmçinin dərmanlara, sanitar-gigiyenik ləvazimatlara və ilkin ehtiyac mallarına tələbat əhəmiyyətli dərəcədə artıb.

Məlumata görə, Ermənistan hökuməti ərzaq məhsulları və sanitar-gigiyenik ləvazimatları hüquqi şəxs vasitəsilə həyata keçirilən satınalma formatında alacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Livan  


Bizi "telegram"da izləyin