Ordu.az xəbər verir ki, buna Ermənistanın baş naziri Nikol Paşinyan mayın 14-də jurnalistlərlə söhbətində münasibət bildirib.
Paşinyan deyib ki, Ermənistanın belə bir məqsədi yoxdur.
O, qarşı tərəfdən ən azı bir konkret misal gətirməyi xahiş edib ki, həmin əməkdaşlığın Rusiya Federasiyasına hansı maddi zərər vurduğu aydın olsun.
“Lakin cavab olaraq sükut oldu”, - deyə o bildirib.
Ermənistanın baş naziri əlavə edib ki, bu sualı ikinci dəfə də verib və yenə cavab almayıb.
Onun sözlərinə görə, seçki iştirakçıları, eləcə də müşahidəçilər, o cümlədən Ermənistan xaricindən olanlar bu seçkilərə geosiyasi məna verməyə çalışırlar. Lakin Paşinyanın fikrincə, belə bir məna ola bilməz, çünki Ermənistan balanslaşdırılmış və tarazlı siyasət aparır.
“Bizim siyasətimizdə nə sui-qəsd var, nə də kiməsə qarşı yönəlmiş addım. Biz açıq deyirik ki, Ermənistanın və xalqın həmişə alternativi olmalıdır. Avropa İttifaqı da var, Avrasiya İqtisadi Birliyi də var və xalqımız hansı strategiyanın onun üçün daha perspektivli və faydalı olduğuna özü qərar vermək imkanı əldə etməlidir. Incimək və ya mübahisə etməyə yer yoxdur, biz mübahisələrə girməyəcəyik”, - deyə o bildirib.
Paşinyan həmçinin Ermənistanın Rusiya əleyhinə sanksiya rejimlərinə qoşulmayacağını açıq şəkildə bəyan etdiyini, eyni zamanda ölkəni sanksiya altına sala biləcək addımlar da atmayacağını vurğulayıb.
“Bu barədə biz həm Rusiya, həm də Avropa İttifaqı tərəfdaşlarına şəffaf şəkildə demişik. Biz, əlbəttə, Rusiyaya qarşı heç nə etmək istəmirik, amma bizim bir xəttimiz var: əgər hansısa addımı atarkən özümüzün sanksiya altına düşəcəyimizi hiss etsək, həmin addımı atmayacağıq. Hər şeyə böyük hörmətlə yanaşaraq xahiş edirik ki, bunu anlayışla qarşılasınlar, çünki Rusiya sanksiya altında olub dözə bilirsə, Ermənistan dözə bilməz”, - deyə Paşinyan sözlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az