Mirzoyandan etiraf: “Ermənistandan Azərbaycana qarşı nifrət nitqi səsləndirilir”

2026/05/1778756818.jpg
Oxunub: 427     15:05     14 May 2026    
“Siz demək istəyirsiniz ki, Ermənistandan Azərbaycana qarşı nifrət nitqi səsləndirilmir?”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərlə söhbəti zamanı deyib.

“Hakimiyyət yox, müxtəlif qüvvələr tərəfindən səsləndirilir”, - deyə Mirzoyan qeyd edib.

Onun sözlərinə görə, sülh artıq təsdiqlənib və onun bəhrələrindən istifadə olunur, lakin bu, qayğı tələb edən yeni doğulmuş uşağa bənzəyir.

Müsbət addımlar kimi o, vətəndaş cəmiyyəti nümayəndələri və hökumətlər arasında təmasları qeyd edib.

TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsinə toxunan erməni nazir bildirib ki, əvvəllər də deyildiyi kimi, layihə sənədlərin hazırlanması mərhələsindədir.

Mehri qolunun ümumi dəmir yolu şəbəkəsinə birləşdirilməsinə gəlincə, erməni nazir jurnalistlərə xəritədə Naxçıvan vasitəsilə Arazdəyənə, oradan isə ya şimal-şərqə, ya da Gümrü vasitəsilə Qarsa gedən marşrutu göstərib.

Bildirilib ki, layihənin həyata keçirilməsi üçün ayrıca hissələrin, məsələn, Arazdəyən və Axurikdə tikintisi də tələb olunacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin