Paşinyan: “Levon Ter-Petrosyanın reytinqi mənfi 25-ə düşüb”

2026/05/1778679035.jpg
Oxunub: 375     15:02     14 May 2026    
“Bu, Levon Ter-Petrosyanın, Robert Köçəryanın və Serj Sarkisyanın çiyin-çiyinə dayanaraq dövlətimizi hakimiyyətimizə qarşı necə müdafiə etmələri barədə müəmmalı hekayədir”.

Ordu.az xəbər verir ki, bunu mayın 14-də İrəvanın Acapnyak rayonunda seçki kampaniyası zamanı Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

Hazırda ölkədə hakim olan “Vətəndaş Müqaviləsi” Partiyasının namizədlər siyahısına rəhbərlik edən Paşinyanın sözlərinə görə, Levon Ter-Petrosyanın reytinqinin mənfi 25-ə düşməsinin səbəbi də budur.

“Bu, xalqın prinsipsizlik və onurğasızlığa münasibətidir”, - deyə Paşinyan bildirib.

O əlavə edib ki, Vano Siradeğyanın “çox oxuyan, amma az anlayan” sözləri Levon Ter-Petrosyan haqqında deyilmişdi.

Paşinyan vaxtilə Levon Ter-Petrosyanın müttəfiqi olub, lakin onun siyasətini uğursuz adlandırıb.

O təkrar edib ki, sülh institusional xarakter almalıdır, sərhədlərin delimitasiyası aparılmalı və sərhədlər açılmalıdır.

“Biz sülhü düşüncə tərzinə çevirməliyik. Sülh hərbi əməliyyatların təxirə salınması yox, müharibənin səbəblərinin olmaması demək olmalıdır”, - deyə Paşinyan sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Petrosyan  


Bizi "telegram"da izləyin