Ordu.az xəbər verir ki, bunu mayın 14-də seçki kampaniyası zamanı Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
Hazırda ölkədə hakim olan “Vətəndaş Müqaviləsi” Partiyasının namizədlər siyahısına rəhbərlik edən Paşinyanın sözlərinə görə, bu baş verməyənə qədər hakimiyyət Ermənistanda ədalətli məhkəmə sisteminin mövcudluğuna heç kəsi inandıra bilməyəcək.
“Mənə qarşı səslənən ən böyük ittiham və cavab verməkdə çətinlik çəkdiyim məsələ budur: insanlar soruşurlar ki, niyə Robert Köçəryan azadlıqdadır”, - deyə Paşinyan qeyd edib.
O bildirib ki, şəxsən özü ilə bağlı mövzulardan maksimum uzaq durmağa çalışır, çünki cazibə böyükdür və eyni zamanda elə şərhlərdən çəkinir ki, sanki hakimiyyətə şəxsi məsələlərini həll etmək üçün gəlib.
“Mən istəyirəm ki, məsələlər institusional səviyyədə həll olunsun. Bu, oliqarx qruplarından başlayaraq onların necə formalaşmasına, hərbi formaların necə bölüşdürülməsinə qədər ictimai məsələdir”, - deyə Paşinyan bildirib.
Qeyd edək ki, Nikol Paşinyan bu gün İrəvanın Acapnyak rayonunda seçki kampaniyası aparır.
Alpər Mövludoğlu
Ordu.az