Paşinyanın partiyasının üzvləri ilə sakinlər arasında mübahisə baş verib

2026/05/1778756608.jpg
Oxunub: 332     14:52     14 May 2026    
İrəvandakı həyətlərdən birində Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının seçki kampaniyası zamanı vəziyyət gərginləşib, bəzi erməni sakinlərlə partiya üzvləri arasında söz davası başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, erməni sakinlərdən biri deyib: “Özünüzü normal aparın”

Yaşlı erməni qadınlardan biri vəziyyəti gərginləşdirməməyi tövsiyə edib.

“Siz gedin ki, onlar da getsinlər, niyə dava salırsınız, olmaz. Söyüş söymək olmaz”, - deyə erməni qadın bildirib.

Erməni sakinlərdən biri isə buna cavab olaraq deyib: “Bəs biz söyüş söymüşük? Biz də bu məhəllədənik və söyüş söyməmişik. Mənim sualım var idi, söymək olarmı?”.

Həyətdə olan erməni polis əməkdaşı sakinləri sakitləşdirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   İrəvan  


Bizi "telegram"da izləyin