Erməni sakindən Paşinyana: “Bir söz desəm, məni aparmazlar ki? Yetər bu qədər oxuyub-oynadınız”

2026/05/1778756108.jpg
Oxunub: 368     14:50     14 May 2026    
“Mən sizdən bir şey xahiş edirəm, bu şəhərdə nə edilirsə, ürəkdən edin, xahiş edirəm, ürəkdən edin, sevgi ilə edin ki, gözəl olsun, yaxşı olsun”.

Ordu.az xəbər verir ki, bunu mayın 14-də İrəvanda Ermənistanın “Vətəndaş Müqaviləsi” Partiyasının seçki kampaniyası zamanı bir İrəvan sakini mer Tiqran Avinyana və baş nazir Nikol Paşinyana müraciət edərkən deyib.

“Nə edilirsə, sadəcə etmək xatirinə edilir. Mən parka çıxıram, görürəm ki, sadəcə etmiş olmaq üçün işləyirlər. Elə edin ki, bu ölkədə insanlar məmnun yaşasınlar, ədalətdən razı qalsınlar.

Sonra, cənab Paşinyan, yetər artıq, oxuyub oynadınız, bu xalqın sadəcə yaxşı yaşamasını təmin edin. Oxuyub oynamaqla bu ölkə qurulmayacaq, ölkəni qurun. Mən sizin intellektinizə çox hörmət edirəm, mən sizə qarşıyam, əvvəllər səs vermişəm, indi isə qarşıyam. Siz Köçəryan və Serjdən fərqli olaraq çox intellektualsınız, amma sizin intellektiniz şəhər və ölkəmiz üçün bu gün xidmət etmir. İstəyirəm ki, hamımız ölkəmizi bir az sevək. Mən əminəm ki, fikrim dəyişməyəcək. Siz rəhbər olduğunuz müddətdə dəyişməyəcək və buna görə çox kədərlənirəm. Nələrsə edirsiniz, amma yaxşı etmirsiniz, ürəkdən və sevgi ilə edilmir, nə edilirsə, dağılır”, - deyə qadın bildirib.

Paşinyan isə dünyada qüsursuz ölkə olmadığını qeyd edib.

“Mən sizin narazılığınıza böyük hörmətlə yanaşıram. Əsas odur ki, siz ölkəni sevin, siz ölkəni sevən namizəd tapacaqsınız. Ayın 7-nə qədər vaxt var, düşünün və qərar verin”, - deyə Paşinyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin