Bakıda Qlobal Cənub QHT Platformasına baş katib seçilib

2026/05/Ekran-1778755287.jpg
Oxunub: 309     14:10     14 May 2026    
Fuad Kərimli Qlobal Cənub Qeyri-Hökumət Təşkilatları Platformasının baş katibi seçilib.

Ordu.az xəbər verir ki, bu barədə mayın 14-də “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində paytaxtda keçirilən Qlobal Cənub QHT Platformasının I Baş Assambleyasının gedişində elan olunub.

Eyni zamanda regional istiqamətlər üzrə baş katibə dörd müavin seçilib.

Baş katib təşkilata beş il ərzində rəhbərlik edəcək, müavinlər isə müvafiq regional istiqamətlərə nəzarət edəcəklər.

Qeyd edək ki, tədbirdə Latın Amerikası, Afrika, Asiya və Sakit okean hövzəsi regionlarını təmsil edən 114 ölkədən QHT nümayəndələri iştirak edirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bakı   Qlobal-Cənub  


Bizi "telegram"da izləyin