Ermənistanda “Hayastan” blokunun qərargahında axtarışlar aparılıb

2026/05/1778750836.jpg
Oxunub: 382     13:20     14 May 2026    
Bu gün Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi “Hayastan” blokunun Spitak qərargahında axtarışlar aparıb və bir nəfər saxlanılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri məlumat yayıb.

Nəşrin sorğusuna cavab olaraq Komitədən bildirilib ki, qeyd olunan istintaq hərəkətləri Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsində başlanmış cinayət işi çərçivəsində həyata keçirilir.

“Zərurət yaranarsa, əlavə məlumat veriləcək”, - deyə açıqlamada bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hayastan  


Bizi "telegram"da izləyin