Qarafuliç: "Azərbaycan beynəlxalq müzakirələr üçün platforma təqdim edir"

2026/05/Ekran-1778745470.jpg
Oxunub: 284     11:34     14 May 2026    
Azərbaycan mürəkkəb beynəlxalq məsələlərin, o cümlədən BMT Təhlükəsizlik Şurasının tərkibi və genişləndirilməsi mövzusunun açıq müzakirəsi üçün platforma təqdim edir.

Ordu.az-ın məlumatına görə, bunu BMT-nin Azərbaycandakı müvəqqəti rezident-əlaqələndiricisi İqor Qarafuliç Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) I Baş Assambleyasında çıxışında deyib.

Onun sözlərinə görə, Azərbaycanda olduğu son üç-dörd ay ərzində o, ölkənin beynəlxalq məsələlərə nə qədər ciddi yanaşdığını və mürəkkəb mövzuların necə açıq şəkildə müzakirə edildiyini görə bilib.

İ.Qarafuliç qeyd edib ki, tədbirinin proqramı ilə tanış olduqdan və Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin BMT Təhlükəsizlik Şurasının tərkibi və genişləndirilməsi kimi mürəkkəb məsələləri müzakirə etməklə bağlı çağırışını eşitdikdən sonra bu cür diskussiyaların vacibliyinə əmin olub.

"Ölkədə olduğum müddət ərzində mən Azərbaycanın bu cür məsələləri qaldırdığını və müzakirə etdiyini, belə diskussiyalar üçün platforma təqdim etdiyini gördüm", - o vurğulayıb.

İ.Qarafuliç, həmçinin Qarabağa səfər etmək üçün dəvət alan iştirakçıları bu fürsətdən yararlanmağa çağırıb. Onun sözlərinə görə, təxminən iki həftə əvvəl o, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusla birlikdə bölgəni ziyarət edib və bərpa işlərinin miqyasından təsirlənib.

O qeyd edib ki, ölkədə bir neçə ildir işləyən bəzi həmkarları da regionda əhəmiyyətli irəliləyişi və görülmüş işlərin miqyasını təsdiq ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarafuliç   Azərbaycan  


Bizi "telegram"da izləyin