Ordu.az xəbər verir ki, bunu erməni ekspert, Ermənistanın “Alternativ Layihələr Qrupu”nun həmtəsisçisi, “Çiçəklənən Ermənistan” Partiyasının siyahısında yer alan Vahe Hovhannisyan sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, bu sadə həqiqət xalqa izah edilməli, təbliğat kampaniyasının bütün imkanlarından istifadə olunmalı və komanda və digər şərti bölgülərdən asılı olmayaraq bu məsələ ümumi işə çevrilməlidir.
“Rusiya-Ukrayna müharibəsi sona yaxınlaşır, Avropa Rusiya ilə münasibətlərin normallaşdırılmasına başlamaq üçün qəbul edilə bilən vasitəçi və format axtarır, ABŞ isə Rusiya ilə qarşılıqlı hörmət və qarşılıqlı faydaya əsaslanan iş münasibətləri sistemi formalaşdırıb.
Avropa liderləri İrəvana gəldilər, bizim kiçik ölkəmizi anti-Rusiya plasdarmına çevirdilər, sonra isə hamı öz ölkəsinə qayıdıb Rusiya ilə münasibətləri normallaşdırmaq prosesinə başladı.
Bu proses təhlükəli olsa da, müəyyən mənada müsbət idi. İnsanlar həm Avropa liderlərinin forumunu, həm də Moskvanın birbaşa reaksiyasını öz gözləri ilə gördülər”, - deyə Hovhannisyan qeyd edib.
Hovhannisyan bildirib ki, siyasi qüvvələr artıq Ermənistanı əhatə edən reallıq barədə açıq və birbaşa danışmağa məcburdurlar, seçici ilə səmimi və birbaşa dialoq aparmalıdırlar.
“Seçici də nəhayət proseslərə daha ayıq yanaşacaq. Xalqımızın Nikolun rəhbərliyi altında yeni fəlakət yolunu seçəcəyinə inanmaq çətindir. Amma təbliğat manipulyasiyalarının və informasiya isterik terrorunun təsirini də kiçiltmək olmaz.
Bunun qarşısını almaq üçün ölkəni fəlakətli inkişaf ssenarilərindən qorumaq məqsədilə hesablanmış və dürüst kampaniya aparılmalıdır. Hazırkı dinamika göstərir ki, iyunun 7-dən sonra “Nikolun Ermənistanı” olmayacaq: ya Nikol olacaq, ya da Ermənistan. Deməli, hamımız ya Nikolu, ya da Ermənistanı seçəcəyik”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az