Tramp münaqişənin nizamlanması üçün diplomatiyanı davam etdirmək istəyir

2026/05/1778476865.jpg
Oxunub: 377     09:20     11 May 2026    
ABŞ Prezidenti Donald Tramp tərəflərin qarşılıqlı zərbələri davam etdirməsinə baxmayaraq, İranla diplomatiyanı yenidən başlatmağa hazırdır.

Ordu.az xəbər verir ki, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts açıqlayıb.

“Donald Tramp İranla diplomatiyaya bütün imkanları verir. Bu, Trampın atəşkəs elan etməsindən sonra iki ölkənin atəş mübadiləsini davam etdirməsinə baxmayaraq baş verir”, - deyə o, “ABC News” telekanalına müsahibəsində bildirib.

Uolts əlavə edib ki, diplomatiyaya keçid və ya hərbi əməliyyatlara qayıdış barədə qərarı məhz Tramp verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tramp   İran  


Bizi "telegram"da izləyin