Tramp İranın son cavabını “tamamilə qəbuledilməz” adlandırıb

2026/05/1778476669.jpg
Oxunub: 595     09:10     11 May 2026    
ABŞ Prezidenti Donald Tramp İranın onun təklifinə verdiyi son cavabı “tamamilə qəbuledilməz” adlandırıb.

Ordu.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“Mən indicə iranlı qondarma “nümayəndələr”in cavabını oxudum. Bu, mənim xoşuma gəlmir. Bu, tamamilə qəbuledilməzdir. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm”, - deyə ABŞ Prezidenti yazıb.

İran daha əvvəl ABŞ-nin atəşkəs təklifi ilə bağlı cavabını iki ölkə arasında vasitəçi rolunu oynayan Pakistan vasitəsilə göndərdiyini açıqlamışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran  


Bizi "telegram"da izləyin