“Daily Wire”: Tramp Çinlə münasibətləri sabitləşdirmək niyyətindədir

2026/05/1778470246.jpg
Oxunub: 614     05:59     11 May 2026    
ABŞ Prezidenti Donald Tramp 2026-cı il mayın 14-15-də Çin Xalq Respublikasına səfəri çərçivəsində Çin Prezidenti Si Cinpinlə görüşərək iki ölkə arasındakı münasibətlərin sabitləşdirilməsi ilə məşğul olmağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bunu Ağ Evin administrasiya nümayəndəsi Anna Kelli açıqlayıb.

“Bu səfər zamanı Prezident Tramp son bir ildə etdiyi işi davam etdirəcək - Çinlə münasibətləri yenidən quracaq”, - deyə onun sözlərini “X” sosial şəbəkəsində “Daily Wire” jurnalisti Meri Olohan sitat gətirib.

Kelli əlavə edib ki, dövlət başçısı ABŞ-nin iqtisadi müstəqilliyinin bərpasına xüsusi diqqət yetirmək niyyətindədir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağ-Ev   Tramp   Pekin  


Bizi "telegram"da izləyin