Ordu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
ABŞ Prezidentinin sözlərinə görə, Obama “onlarla sadəcə yaxşı davranmırdı”, daha çoxunu edirdi.
“O, onlara qarşı həddindən artıq mehriban idi, faktiki olaraq onların tərəfinə keçdi, İsraildən və bütün digər müttəfiqlərimizdən üz çevirdi və İrana inkişaf üçün güclü yeni imkan verdi.
O, Tehrana 1,7 milyard dollar nağd pul göndərdi və bunu onlara birbaşa nimçədə təqdim etdi. Vaşinqton, Virciniya və Merilenddəki bütün banklar boşaldılmışdı. Pul o qədər çox idi ki, ora çatanda iranlı quldurlar onunla nə edəcəklərini bilmirdilər.
Onlar heç vaxt belə pullar görməmişdilər və bir daha görməyəcəklər.
Həmin pulları təyyarələrdən çamadan və çantalarla boşaldırdılar və iranlılar gözlərinə inana bilmirdilər. Onlar nəhayət bütün dövrlərin ən böyük “axmağını”, zəif və ağılsız Amerika prezidentini tapdılar.
O, ölkəmiz üçün fəlakətli lider idi, amma hətta o da Yuxulu Co Bayden qədər pis deyildi.
47 il ərzində iranlılar “bizi burnumuzdan tutub gəzdirdilər”, bizi gözləməyə məcbur etdilər, əldəqayırma bombalarla insanlarımızı öldürdülər, etiraz aksiyalarını boğdular və bu yaxınlarda 42 min günahsız və silahsız nümayişçini qətlə yetirdilər, indi yenidən güclü olan ölkəmizə gülürdülər. Amma artıq gülməyəcəklər”, - deyə Tramp sözlərini yekunlaşdırıb.
Sevinc Əliyeva
Ordu.az