Ordu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Full Measure” proqramına müsahibəsi zamanı deyib.
“Onlar bədbəxt idilər, amma indi xoşbəxtdirlər ki, hər şey yaxşıdır, hər şey yaxşı idarə olunur. Neft hasilatı nəhəng həcmdə həyata keçirilir və son illərin zirvə nöqtəsinə çatıb. Böyük neft şirkətləri ən böyük və ən gözəl qazma platformalarını qururlar. İnsanlar işləyirlər və Venesuela xoşbəxt ölkədir.
Hamı mənə deyir ki, Venesuelada baş verənlərlə fəxr edirlər və yaxşı iş gördüklərini düşünürlər. Beləliklə, biz çox maraqlı işlər görmüşük və görməyə davam edirik”, - deyə Tramp bildirib.
Xatırladaq ki, yanvar ayında ABŞ xüsusi təyinatlılarının keçirdiyi əməliyyat nəticəsində Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı saxlanılıb.
Hazırda ABŞ-də onun məhkəməsi davam edir. Maduro “narkoterror məqsədilə sui-qəsd təşkil etməkdə” ittiham olunur.
Sevinc Əliyeva
Ordu.az