Ordu.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi “X” sosial şəbəkəsində yazıb.
Bildirilib ki, bu addımın məqsədi Hörmüz boğazında gəmiçilik azadlığını gücləndirməkdir.
“Eyni zamanda Britaniya hökuməti də Fransa ilə əməkdaşlıq çərçivəsində öz hərbi gəmilərindən birini regiona göndərəcəyini bildirib.
Hörmüz boğazı ərazisində “gəmiçiliyin qorunması” bəhanəsi ilə regiondan kənar mina əleyhinə vasitələrin yerləşdirilməsi və ya mövcudluğu böhranın dərinləşdirilməsi, həyati əhəmiyyət daşıyan su yolunun hərbiləşdirilməsi və regiondakı qeyri-sabitliyin əsl səbəblərini gizlətmək cəhdindən başqa bir şey deyil.
Dəniz təhlükəsizliyi hərbi güc nümayişi ilə, xüsusilə də öz dəstəyi, iştirakı və ya təcavüz və blokada qarşısında susqunluğu ilə problemin bir hissəsinə çevrilənlər tərəfindən təmin edilə bilməz”, - deyə İran xarici işlər nazirinin müavini vurğulayıb.
Onun sözlərinə görə, regiondakı qeyri-sabitliyin mənbəyi qanunsuz güc tətbiqi, sahilyanı dövlətlərə qarşı davam edən təhdidlər, dəniz blokadası və BMT Nizamnaməsinin görməzlikdən gəlinməsidir.
“Hörmüz boğazı regiondan kənar güclərin ümumi mülkiyyəti deyil. Bu, sahilyanı dövlətlərlə həmsərhəd olan həssas su yoludur və İranın bu boğaz üzərində suveren hüquqlarını həyata keçirməsi və onun hüquqi rejimini müəyyən etməsi İran İslam Respublikasının qanuni hüququdur.
Fransız rəsmilər göndərilən gəminin mina təmizləmə və gəmilərin müşayiəti üçün nəzərdə tutulduğunu bildiriblər. Xatırladırıq ki, həm müharibə, həm də sülh dövründə yalnız İran İslam Respublikası bu boğazın təhlükəsizliyini təmin etməyə qadirdir və heç bir ölkənin bu məsələlərə müdaxiləsinə icazə verməyəcək.
Bu baxımdan vurğulanır ki, Fransa və Britaniyanın hərbi gəmilərinin, həmçinin ABŞ-nin beynəlxalq hüquqa zidd və qanunsuz hərəkətlərini Hörmüz boğazında müşayiət edə biləcək digər dövlətlərin gəmilərinin mövcudluğu İran İslam Respublikasının silahlı qüvvələrinin qətiyyətli və dərhal cavabı ilə qarşılaşacaq. Buna görə də onlara vəziyyəti daha da mürəkkəbləşdirməmək qəti şəkildə tövsiyə olunur”, - deyə iranlı diplomat vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az