“İranın hərbi baxımdan bərpası üçün 20 il lazım olacaq” - Tramp

2026/05/1778436283.jpg
Oxunub: 436     22:03     10 May 2026    
“Hərbi baxımdan İranın bərpası üçün 20 il lazım olacaq”.

Ordu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Full Measure” proqramına müsahibəsində deyib.

Trampın sözlərinə görə, İran hərbi məğlubiyyətə uğrayıb.

“Bəlkə də onlar bunu dərk etmirlər, amma düşünürəm ki, anlayırlar, çünki mən onlarla işləyirəm. Biz heç vaxt İrana nüvə silahına sahib olmağa imkan verməyəcəyik, lakin onlar hərbi məğlubiyyətə uğrayıblar. Onların hərbi dəniz qüvvələri yoxdur, hərbi hava qüvvələri yoxdur, hava hücumundan müdafiə sistemləri yoxdur, radarları yoxdur, liderləri yoxdur”, - deyə ABŞ Prezidenti bildirib.

Tramp, həmçinin qeyd edib: “ABŞ-nin reallaşdırmaq istədiyi müəyyən məqsədlər var idi və biz onların təxminən 70%-ni yerinə yetirmişik”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin