Ordu.az xəbər verir ki, bu barədə İranın milli yayım qurumu olan IRIB məlumat yayıb.
Telekanal dəqiqləşdirib ki, cavab “ABŞ və sionist rejim tərəfindən bütün cəbhələrdə, xüsusilə Livanda tətbiq edilən müharibənin dayandırılmasına yönəlib”.
İsrail apreldə əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq Livanın bütün ərazisində gündəlik hücumlarını davam etdirir.
Bundan əvvəl İran ABŞ-nin təklifinə cavabını Pakistana ötürdüyünü açıqlamışdı.
Sevinc Əliyeva
Ordu.az