ABŞ-nin zərbələri nəticəsində 10 iranlı dənizçi yaralanıb

2026/05/1778129954.jpg
Oxunub: 367     17:05     08 May 2026    
ABŞ-nin Oman körfəzinin sularında mülki gəmiyə etdiyi hücum nəticəsində 10 iranlı dənizçi yaralanıb, 5 dənizçi itkin düşüb.

Ordu.az xəbər verir ki, bu barədə İranın Minab vilayətinin başçısı Muhəmməd Radmehr açıqlama verib.

Onun sözlərinə görə hücumdan sonra yaralı dənizçilər xəstəxanaya təxliyə olunublar. İstintaq orqanları digər dənizçilərin aqibətini öyrənməyə çalışır.

Radmehr gəmidə ümumilikdə 15 heyət üzvünün olduğunu bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin