“The Times of India”: Hörmüz boğazında Hindistan üçün vacib yüklər daşıyan 40 gəmi bloklanıb

2026/04/1776778894.jpg
Oxunub: 492     17:00     08 May 2026    
Hindistana neft və mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan təxminən 40 gəmi Yaxın Şərqdə davam edən münaqişə səbəbindən artıq iki aydan çoxdur ki, Hörmüz boğazında bloklanıb.

Ordu.az xəbər verir ki, bu barədə” The Times of India” qəzetinə Cənubi Asiya respublikasının gəmiçilik nazirliyinin nümayəndələri məlumat veriblər.

“ABŞ ilə İranın mümkün qədər tez danışıqlar masasına qayıtması və Yaxın Şərqdəki münaqişənin başa çatması Hindistan üçün həyati əhəmiyyət daşıyan yüklərin Hörmüz boğazı vasitəsilə daşınmasının bərpasına imkan verəcək”, - deyə nəşrin həmsöhbətləri bildiriblər.

Nazirlikdə qeyd ediblər ki, Hindistan, Hörmüz boğazında gəmiçiliyin bloklanmasından zərər çəkən digər ölkələr kimi, Yaxın Şərqdə müharibənin mümkün qədər tez başa çatacağına ümid edir.

Nazirliyin məlumatına görə, Hörmüz boğazında Hindistan bayrağı altında üzən 13 gəmi və Hindistan ekipajlı bir neçə onlarla xarici gəmi dayanıb. Bu gəmilər respublikaya neft, mayeləşdirilmiş təbii qaz, gübrə və digər təcili yüklər daşıyır.

“Bu gəmilərin boğazdan keçməsindən Hindistanın enerji təhlükəsizliyi və iqtisadi maraqları ciddi şəkildə asılıdır”, - deyə qurum vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   Hindistan  


Bizi "telegram"da izləyin