Spruds: "Dron qalmaqalından sonra müdafiə naziri postundan getməyə hazıram"

2024/01/f18b6-1705417517.jpg
Oxunub: 297     16:42     08 May 2026    
Latviyanın müdafiə naziri Andris Spruds Ukrayna Silahlı Qüvvələrinin dronlarının ölkənin hava məkanına müdaxiləsindən sonra istefaya getməyə hazır olduğunu bəyan edib.

Ordu.az xəbər verir ki, o bu barədə ölkənin İctimai Televiziyasının (LSM) efirində bəyan edib.

"Pilotsuz uçuş aparatı (PUA) vurulmalıdır - bu, ilk növbədə, Silahlı Qüvvələrin rəhbəri və siyasi lider kimi mənim məsuliyyətimdir. Məsuliyyəti öz üzərimə götürürəm", - A.Spruds qeyd edib

Nazir əlavə edib ki, onun və Silahlı Qüvvələrin rəhbərliyinin vəzifəsi ordunun PUA-ları vurmaq imkanlarını artırmaqdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Spruds   Latviya  


Bizi "telegram"da izləyin