Rubio: "ABŞ İrandan müharibənin dayandırılması ilə bağlı saziş layihəsinə cavab gözləyir"

2025/10/1761307640.jpg
Oxunub: 265     16:24     08 May 2026    
ABŞ bu gün müharibənin dayandırılmasına dair saziş layihəsinə İrandan cavab almağı gözləyir.

Ordu.az xəbər verir ki, bu barədə bu gün İtaliyada jurnalistlərə ABŞ-nin dövlət katibi Marko Rubio bildirib.

"Biz (ABŞ - red.) bu gün onlardan cavab gözləyirik. Son bir saat ərzində hələ ki cavab almamışıq. Ola bilsin ki, daha sonra bizə daxil olar. Onların sistemi hələ də parçalanmış və müəyyən dərəcədə qeyri-funksional olaraq qalır. Bu da maneə yaratmış ola bilər. Ümid edirəm ki, onlardan ciddi bir təklif gələcək. Çox ümid edirəm", - Rubio deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubio   ABŞ   İran  


Bizi "telegram"da izləyin