DATUM SAHA EXPO 2026-da yeni nəsil mini sualtı qayıq və sualtı texnologiyalarını təqdim edir

2026/05/1778243377.jpg
Oxunub: 425     16:28     08 May 2026    
İstanbul Texniki Universiteti mərkəzli müdafiə sənayesi şirkəti “Datum Denizaltı Teknolojileri AŞ” SAHA Expo 2026-da Türkiyə Müdafiə Sənayesi Komitəsinin dəstəyi ilə layihələndirib inşa etdikləri Türkiyənin yerli və milli ilk mini sualtı qayığını təqdim edib.

Ordu.az xəbər verir ki, montajı “Sefine” Gəmiqayırma Zavodunda tamamlanan sualtı qayıq 2026-cı il aprelin 14-də ilk dalış sınaqlarını həyata keçirib.

Çoxməqsədli Mini Sualtı Qayıq Layihəsi “Türk Loydu” tərəfindən klasslanan ilk sualtı qayıq layihəsi olmaq xüsusiyyətini də daşıyır. Dizaynı 100 faiz yerli və milli olan mini sualtı qayığın möhkəm gövdəsi “Yakut Kazan” şirkətində, mühərriki “Femsan DC” mühərrik zavodunda, pəri isə “Eriş Pervane” tərəfindən istehsal edilib. 80 faizdən artıq yerlilik göstəricisinə malik sualtı qayıq Karamürsel sahillərində ilk dalışını pilotsuz şəkildə həyata keçirib, sınağa Türkiyə Müdafiə Sənayesi Komitəsinin və “Türk Loydu”nun rəsmiləri şahidlik ediblər.

MİLDEN üçün sınaq platforması olacaq

Türkiyədə müdafiə sənayesi şirkətlərinin MİLDEN Milli Sualtı Qayıq Layihəsi üçün hazırladıqları sistemlərin, sualtı qayıq parkına aid sualtı döyüş qayıqlarını tapşırıqlarından ayırmadan su altında dinamik mühitdə sınaqdan keçirilməsi üçün sınaq platforması kimi istifadə olunacaq ÇAMD-nin ASELSAN-a məxsus sonarlarla təchiz edilməsi və ROKETSAN-ın “Orka” torpedosunu ata bilməsi də növbəti planlaşdırılan layihələr sırasındadır.

Tikiş kimi hazırlanmış mini sualtı qayıqlar

“Datum AŞ”nin Çoxməqsədli Mini Sualtı Qayıq Layihəsi ilə qazandığı “know-how” Dəniz Qüvvələri Komandanlığının müəyyən edəcəyi əməliyyat ehtiyaclarına uyğun mini sualtı qayıqların fərdi sifariş əsasında layihələndirilib inşa olunmasına imkan yaradır.

SİNARİT XLUUV layihəsi ön plana çıxır

Son illərdə dünya üzrə sualtı texnologiyanın çatdığı ən son nöqtəni təmsil edən Böyük Ölçülü İnsansız Sualtı Platformalarının (XLUUV) çox irəli bir nümunəsi olan SİNARİT Modulyar Yüklü İnsansız Sualtı Platforması üzərində aparılan işlər bu fəaliyyətlərin insansız hissəsinin əsasını təşkil edir.

Çoxməqsədli Mini Sualtı Qayığın insansızlaşdırılması ilə ortaya çıxarılan SİNARİT standart yük konteynerinə sığa bilir və A400M təyyarələri ilə daşına bilir. İçindən insanların çıxarılması ilə yaranan boşluq səmərəli şəkildə istifadə edilərək 3,8 metr uzunluğunda modul yük bölmələri vasitəyə əlavə edilə bilir. DATUM-un İdarə Heyətinin sədri, İTÜ müəllimi dr. Münir Cansın Özdenin ifadəsi ilə deyilsə, SİNARİT sualtı yük maşınıdır: “Bu 3,8 metr uzunluğundakı qutuya nə yük qoyursanız, həmin yükü sizin üçün istədiyiniz nöqtəyə sualtından gizlicə daşıya bilir. Sualtı hərəkətdə radara düşmür, peykdən izlənilmir və aşağı sonar izi və çox səssiz şəkildə layihələndirildiyi üçün sonarlarla da aşkar olunması demək olar ki, mümkünsüzdür. SİNARİT dəyişdirilə bilən faydalı yük bölməsi sayəsində 12 fərqli faydalı yük daşıya bilir. “Baykar”ın pilotsuz uçuş aparatlarından istifadə edərək sürü pilotsuz uçuş aparatı hücumu həyata keçirmək, 12 ədəd “Malaman” minası qoymaq, 2 ədəd “Akya”, 6 ədəd “Orka” torpedosuna əlavə olaraq səthə çıxaraq ASELSAN-ın “Mercan” elektro-optik sensorları ilə kəşfiyyat toplamaq, METEKSAN-ın SAR tipli sonarı və ROV ilə minaya qarşı tədbir əməliyyatı aparmaq, ROKETSAN-ın “Atmaca” və “Çakır”, TÜBİTAK-ın “Gezgin” və “Gökdoğan” raketləri ilə dəniz, quru və hava hədəflərinə hücum həyata keçirmək bu qabiliyyətlərdən bəziləridir”.

Sualtı heyət xilasetmə vasitəsi hazırlanır

“Datum”un mini sualtı qayıq layihələri bununla da məhdudlaşmır. Təqaüdə çıxmış sualtı qayıq personallarının da çalışdığı şirkətin ən böyük arzularının başında Dumlupınar faciəsinin təkrarlanmaması üçün hazırladıqları Sualtı Qayığın Heyət Xilasetmə Vasitəsini tamamlamaq və onu Xilasetmə Sualtı Komandanlığının əmri altında türk sualtı qayıq personallarının xidmətinə vermək dayanır.

“Qırlangıç” dəniz dibi müharibəsi mini sualtı qayığı

Baltik dənizində baş verən Şimal Axını Boru Xətti Sabotajından sonra əhəmiyyəti daha yaxşı anlaşılan Kritik Sualtı İnfrastrukturun Qorunması və Dəniz Dibi Müharibəsi sahəsində ixtisaslaşan “Qırlangıç” (Gurnard) Dəniz Dibi Müharibəsi Mini Sualtı Qayığı sualtında kabel kəsə bilməsi və boru xətləri ilə liman qurğularına Malaman minası qoya bilməsi qabiliyyəti ilə önə çıxır.

“Trança” döyüş mini sualtı qayığı

SAT Komandanlığının ehtiyacları üçün layihələndirilən “Trança” Döyüş Mini Sualtı Qayığı sualtıdan 400 dəniz mili uzağa 6 ədəd SAT komandosunu DPD sistemləri ilə birlikdə quru şəkildə daşıya bilir və sahib olduğu iki ədəd ağır tip torpedo borusu sayəsində “Akya” torpedosunu və “Akata” raketini buraxa bilir, həmçinin 10 ədədə qədər “Malaman” minası yerləşdirə bilir.

Kütləvi istehsal və ixrac potensialı

“Datum”un təyyarə və yük maşını ilə dəniz sahilinə gətirilə bilən və kranla suya endirilə bilən bu insanlı və insansız mini sualtı qayıqları gəmi sənayesindən çox, pilotsuz uçuş aparatı sənayesini xatırladır. Yük maşını ilə daşına bildikləri üçün dəniz kənarında bir gəmiqayırma zavodunda inşa edilmələri tələb olunmur və yan-yana yüzlərlə ədədini seriyalı şəkildə tikmək mümkündür. Bu da müharibə vəziyyətində gəmiqayırma zavodlarının bombalanması ehtimalına qarşı bu mini sualtı qayıqların quruda, hətta yeraltında qurulan müəssisələrdə inşasının davam etdirilməsinə imkan yaradır. Təyyarə ilə daşına bilən bu insanlı və insansız sualtı qayıqların Türkiyə Silahlı Qüvvələri üçün güc multiplikatoru, hətta oyunu dəyişdirən amil ola biləcəyi mütəxəssislər tərəfindən dəyərləndirilir. Xüsusilə Avropa İttifaqı ölkələrindən də başda SİNARİT İnsansız Sualtı Qayığı və “Trança” Mini Döyüş Sualtı Qayığı olmaqla, “Datum” layihələrinə çox güclü maraq olduğu bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DATUM   SAHA-EXPO-2026  


Bizi "telegram"da izləyin