Ordu.az xəbər verir ki, bu barədə sosial şəbəkədə Daşnaksütun Ali Orqanının üzvü, erməni deputat Geğam Manukyan bildirib.
Manukyanın sözlərinə görə, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan Gümrüdə belə tək, sanki fərqlənən şagird kimi vaxtından əvvəl gəlib və diqqətdən kənarda oturaraq Makronun himayə etdiyi şəxslərlə birlikdə konsertə gəlməsini gözləyib.
O qeyd edib ki, rəhbərlik də hazırda Ermənistanda deyil.
Erməni deputat qeyd edib ki, səhər saatlarında hərbi polis günü münasibətilə keçirilən tədbirdə Asryan yenə sayğısız münasibətlə qarşılaşıb.
“Baş Qərargah rəisinə məruzəni tabeliyində olan rəhbər deyil, başqa bir zabit təqdim edib”, - deyə o bildirib.
Manukyan əlavə edib ki, keçmişdən, silahdaşlardan və “Qarabağ müdafiə ordusu”ndan (ləğv edilmiş qanunsuz “hərbi birləşmə”-red.) imtina edilib və alçaldılma davam edir.
Alpər Mövludoğlu
Ordu.az