Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, rəsmi məlumata görə, tərəflər Ermənistan-Ukrayna ikitərəfli əməkdaşlığının inkişaf perspektivlərini müzakirə ediblər.
“Görüşdə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi vurğulanıb, həmçinin regional və qlobal proseslər barədə fikir mübadiləsi aparılıb. Məlumata görə, sabit və davamlı sülhün təşviqinin zəruriliyi də xüsusi qeyd olunub.
Zelenski görüşdən sonra bildirib ki, tərəflər regionda yaranmış vəziyyəti, təhlükəsizlik çağırışlarını və təhdidləri müzakirə ediblər. Onun sözlərinə görə, iqtisadi tərəfdaşlığın inkişafı barədə də danışılıb. Ukrayna lideri İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası birgə komissiyanın fəaliyyətinin bərpasını və bu il onun növbəti iclasının Kiyevdə keçirilməsini təklif edib”, - deyə nəşr bildirib.
Qəzetin məlumatına görə, görüşdə müdafiə sahəsində əməkdaşlıq məsələsi də müzakirə olunub. Bildirilib ki, görüşdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da iştirak edib.
Nəşr yazır ki, Qriqoryan Ermənistanın pilotsuz aviasiyanın, yəni pilotsuz uçuş aparatlarının inkişafı sahəsində təcrübə mübadiləsini davam etdirməkdə maraqlı olduğunu bildirib.
O, həmçinin vurğulayıb ki, “Ukrayna təcrübəsi Ermənistan silahlı qüvvələri üçün əvəzsizdir”.
“Məlumata görə, Zelenski bu istiqamətdə işi davam etdirməyə hazır olduğunu bildirib və Ukraynanın müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının istehsalı sahəsində imkanlarını təqdim edib.
Tərəflər bu mövzu üzrə məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər. 2025-ci ilin yayında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı bölmələri Ukraynada pilotsuz uçuş aparatlarının istifadəsi üzrə qısamüddətli hazırlıq keçiblər. Qriqoryanın dedikləri məhz buna işarə idi”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az