Fransa rəsmisi: “Ermənistanla müdafiə əməkdaşlığı “sülhə xidmət edir”

2026/05/1778001769.jpg
Oxunub: 430     21:22     05 May 2026    
Fransanın silahlı qüvvələr və veteranlar üzrə nümayəndəsi Alis Rufo Ermənistanla müdafiə sahəsində əməkdaşlığın “sülhə yönəldiyini” bildirib.

Ordu.az xəbər verir ki, o, 2026-cı il mayın 5-də Ermənistanın yüksək texnologiyalar sənayesi naziri ilə imzalanan əməkdaşlıq sənədindən sonra açıqlama verib.

“Biz sülhə yönəlmiş real tərəfdaşlıq qururuq. Bu əməkdaşlıq müdafiə qabiliyyətləri və ikili təyinatlı texnologiyaları əhatə edir. Ermənistan yeni texnologiyalar sahəsində kifayət qədər inkişaf edib və bu istiqamətdə böyük potensiala malikdir. Biz bərabər tərəfdaşlıqda maraqlıyıq və bu sənəd də bunun nəticəsidir”, - deyə o bildirib.

Rufo əlavə edib ki, bu əməkdaşlıq “Ermənistanın suverenliyinin qorunması”na və sülhün möhkəmləndirilməsinə xidmət edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Ermənistan  


Bizi "telegram"da izləyin