Ordu.az xəbər verir ki, əməliyyatlar zamanı “Rafale” qırıcıları və MICA “hava-hava” raketləri geniş istifadə olunub.
Bu vəziyyət ehtiyatların azalmasına səbəb olub.
Eyni zamanda “Fennec” və “Tiger” helikopterlərinin də əməliyyatlarda iştirakı Fransanın müxtəlif bölgələrdə yüksək intensivliklə fəaliyyət göstərdiyini göstərir.
Bellanger qeyd edib ki, artan əməliyyat tələbləri səbəbindən müdafiə sənayesi istehsal gücünü artırmaq üçün səfərbər olunub.
O əlavə edib ki, daha aşağı xərcli alternativ həllər üzərində də iş aparılır.
General bildirib ki, əsas məsələ sursat ehtiyatlarının qorunmasıdır və bu, ölkənin müdafiə qabiliyyəti üçün kritik əhəmiyyət daşıyır.
Fransa eyni zamanda uzunmüddətli yüksək intensivlikli münaqişələrə uyğun istehsal imkanlarını artırmağa çalışır.
Sevinc Əliyeva
Ordu.az