ABŞ ordusuna məxsus esmineslər Hörmüz boğazından keçib

2026/04/1777557472.jpg
Oxunub: 346     17:38     04 May 2026    
ABŞ-yə məxsus iki ticarət gəmisi Hörmüz boğazından uğurla keçib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) öz rəsmi “X” səhifəsində məlumat yayıb.

Məlumata görə, ABŞ silahlı qüvvələri Hörmüzdə kommersiya gəmiçiliyinin bərpası istiqamətdinə aktiv səylər göstərir və Amerika bayraqları altında üzən ticarət gəmilərinin keçidi bu istiqamətdə atılmış ilk addımdır.

“ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus idarəolunan raketlərlə təchiz edilmiş esmineslər hazırda “Project Freedom” əməliyyatına dəstək məqsədilə Hörmüz boğazından keçərək Ərəb körfəzində fəaliyyət göstərir. ABŞ qüvvələri kommersiya gəmiçiliyinin hərəkətinin bərpası istiqamətində aparılan səylərə fəal şəkildə dəstək verir. İlkin addım olaraq, ABŞ bayrağı altında üzən iki ticarət gəmisi Hörmüz boğazından uğurla keçərək marşrutları üzrə təhlükəsiz şəkildə hərəkətini davam etdirir”, - deyə məlumatda qeyd olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Hörmüz  


Bizi "telegram"da izləyin