Ukrayna dronları "Transneft"ə məxsus neft stansiyasına zərbə endirib

2024/10/1729343377.jpg
Oxunub: 383     17:24     04 May 2026    
Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları ilə Rusiyanın Nijni Novqorod vilayətindəki "Qorki" neft stansiyasına hücum edib.

Ordu.az UNİAN-a istinadən xəbər verir ki, hər birinin həcmi 50 min kubmetr olan iki rezervuar məhv edilib, həmçinin filtrasiya avadanlığı və anbar binaları zədələnib.

Qeyd olunur ki, hücum aprelin 23-də baş verib. Obyekt "Transneft – Verxnyaya Volqa" SC-yə məxsusdur.

"Qorki" neft stansiyası həm əsas, həm də aralıq stansiya funksiyalarını yerinə yetirir, Qərbi Sibirdən Rusiyanın mərkəzi regionlarındakı neft emalı müəssisələrinə, həmçinin ixrac üçün neftin vurulmasını təmin edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin