Ordu.az xarici mediaya istinadən xəbər verir ki, Putin bu barədə müvafiq fərman imzalayıb.
Sənəd Rusiyanın hüquqi aktlar portalında dərc edilib.
“Dağıstan Respublikasının rəhbəri Melikov S.A.-nın öz istəyi ilə istefası qəbul olunsun”, - deyə fərmanda qeyd olunur.
Dağıstanda boş qalmış posta müvəqqəti olaraq Fedor Şukin təyin olunub. O, buna qədər Dağıstan Ali məhkəməsinin sədri vəzifəsini tutub.
Ordu.az