OSSA Malayziyada gördüyü maraqdan məmnundur - VİDEO

2026/05/1777899542.jpg
Oxunub: 478     16:58     04 May 2026    
2026-cı il aprelin 20-dən 23-dək Malayziyada keçirilən DSA 2026 sərgisində OSTİM Müdafiə və Aviasiya Klasteri (OSSA) da iştirak edib.

Ordu.az xəbər verir ki, OSSA Türkiyə Ticarət Nazirliyinin UR-GE layihəsi dəstəyi ilə qatıldığı sərgidə mühüm əlaqələr quraraq yeni əməkdaşlıqlara imza atıb.

OSSA İdarə Heyəti sədrinin müavini Emre Fidan “DefenseHere”a verdiyi açıqlamada Malayziya bazarının Türkiyə müdafiə və aviasiya məhsullarına göstərdiyi maraqdan məmnun olduqlarını bildirib.

Fidan qeyd edib ki, Malayziyada Türkiyə məhsullarına maraq yüksəkdir və bu, Türkiyənin imkanlarının burada qarşılıq tapdığını göstərir. O əlavə edib ki, iki ölkə arasında münasibətlər də yüksək səviyyədədir.

Fidan bildirib ki, sərgidə OSSA çərçivəsində 25-dən çox şirkət iştirak edib və tədbir zamanı bir ticarət palatası ilə niyyət protokolu imzalanıb. Bu çərçivədə Türkiyə və Malayziyada birgə tədbirlərin keçirilməsi planlaşdırılır.

Sərgi müddətində keçirilən görüşlərin məhsuldar olduğunu vurğulayan Fidan qeyd edib ki, görüşlərin sayı kifayət qədər olub və tələbat yüksək səviyyədədir. “Gözlədiyimizdən daha yüksək nəticə əldə etdiyimizi düşünürəm”, - deyə o bildirib.

OSSA-nın DSA 2026 çərçivəsində həyata keçirdiyi əlaqələrin Türkiyə ilə Malayziya arasında müdafiə sənayesi əməkdaşlığını daha da inkişaf etdirəcəyi gözlənilir.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: OSSA   Malayziya  


Bizi "telegram"da izləyin