İran ABŞ-nin Hörmüz boğazında naviqasiyaya hər hansı müdaxiləsini atəşkəsin pozulması hesab edir

2026/05/1777643830.jpg
Oxunub: 276     09:38     04 May 2026    
İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komitəsinin rəhbəri Ebrahim Əzizi bəyan edib ki, ABŞ-nin Hörmüz boğazında yeni naviqasiya rejiminə hər hansı müdaxiləsi Tehran tərəfindən atəşkəsin birbaşa pozulması kimi qiymətləndiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“ABŞ-nin Hörmüz boğazında yeni dəniz rejiminə istənilən müdaxiləsi atəşkəs rejiminin pozulması kimi qiymətləndiriləcək”, - deyə Əzizi “X” sosial şəbəkəsində yazıb.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp bildirmişdi ki, bazar ertəsindən etibarən ABŞ Hörmüz boğazında bloklanmış və oradan çıxmaq istəyən gəmilərə yardım göstərəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Hörmüz  


Bizi "telegram"da izləyin