Ordu.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hadisə Edmond şəhərində, Oklahoma Siti şəhərinin ətrafında baş verib. Doqquz nəfər ştatın paytaxtındakı tibb mərkəzinə, daha üç nəfər isə Edmond şəhərindəki xəstəxanaya yerləşdirilib.
Məlumata görə, atışma Arkadiya gölü yaxınlığında gənclərin toplaşdığı bir ərazidə baş verib. Hələlik heç kim saxlanılmayıb.
***
Mayın 3-də ABŞ-nin Oklahoma ştatındakı Arkadiya gölü yaxınlığında baş verən atışmada dörd nəfər yaralanıb.
Ordu.az-ın məlumatına görə, bu barədə "KWTV-DT" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, hadisə yerinə gələn polis əməkdaşları maşında güllə yarası alan dörd nəfər aşkar ediblər.
Xəsarət alanların sağlamlıq vəziyyəti, eləcə də hadisənin səbəbləri barədə hələlik məlumat verilməyib.
Ordu.az