Dünyanın ən böyük konteyner daşıyıcısı Hörmüz boğazından yan keçən marşrutlar təşkil edir

2026/05/1777825414.jpg
Oxunub: 390     20:16     03 May 2026    
Dünyanın ən böyük konteyner daşıyıcısı MSC “Mediterranean Shipping” Avropanı Yaxın Şərqin təcrid olunmuş limanları ilə birləşdirəcək yeni xidmət başlatmağı planlaşdırır.

Ordu.az “Bloomberg”ə istinadən xəbər verir ki, şirkət bağlanmış Hörmüz boğazı ilə tranzit əvəzinə, Səudiyyə Ərəbistanı ərazisindən yükdaşımalar və Fars körfəzində kiçik gəmilərdən istifadə edəcək.

Şənbə günü yayımlanan MSC “Mediterranean Shipping” açıqlamasında bildirilib ki, ilk reys mayın 10-da Antverpendən həyata keçiriləcək.

Məlumata görə, marşruta Almaniya, İtaliya, Litva və İspaniyada da dayanacaqlar daxildir.

Gəmilər Süveyş kanalından keçəcək, Qırmızı dənizə daxil olacaq və Səudiyyə Ərəbistanının qərb sahilində yerləşən Ciddə və Kral Abdullah limanına baş çəkəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   Tanker  


Bizi "telegram"da izləyin