Ordu.az “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə tərəflər bazar günü baş tutan telefon danışığı zamanı fikir mübadiləsi aparıblar.
Məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçi və onun omanlı həmkarı Seyid Bədr Əlbusaidi regionda baş verən son hadisələri və mövcud tendensiyaları nəzərdən keçiriblər.
Əraqçi həmçinin omanlı nazirə İran İslam Respublikasının ABŞ və İsrailin İrana qarşı başladığı müharibə və gərginliyin dayandırılması, eləcə də bölgədə sülhün bərqərar olunmasına yönəlmiş son diplomatik təşəbbüsləri barədə məlumat verib.
Sevinc Əliyeva
Ordu.az