Ordu.az xəbər verir ki, bunu "Bild am Sonntag" qəzetinin sifarişi ilə INSA sosioloji institutunun keçirdiyi sorğunun nəticələri göstərir.
Araşdırmaya görə, respondentlərin yalnız 19 %-i Mertsin işindən razıdır, 71 %-i isə narazılığını bildirib.
Sorğuda iştirak edənlərin 76 %-i Almaniyanın hazırkı hökumətindən narazıdır və bu, rekord göstərici olub. Yalnız 16 % hökumətin işini qənaətbəxş hesab edir.
"Almaniya Kanslerinin və hökumətinin bəyənilmə səviyyəsi yeni minimuma çatıb. Hətta Olaf Şolts və "İşıqfor" koalisiyasının bir illik fəaliyyətindən sonra göstəriciləri xeyli yaxşı idi", - INSA-nın rəhbəri Herman Binkert bildirib.
Sorğu 29-30 apreldə 1 004 respondent arasında keçirilib.
Ordu.az