“Financial Times”: ABŞ Almaniyada “Tomahawk” raketlərini yerləşdirmək qərarını ləğv etməyi planlaşdırır

2026/04/1775547044.jpg
Oxunub: 379     15:41     03 May 2026    
ABŞ administrasiyası Almaniyada uzaqmənzilli silahların, o cümlədən “Tomahawk” raketləri bölməsinin yerləşdirilməsi ilə bağlı qərarını ləğv etməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” Pentaqondakı mənbəyə istinadən məlumat yayıb.

Berlində yerləşən Edina analitik mərkəzinin direktoru Kristian Mellinq bu addımı ABŞ hərbi qüvvələrinin sayının azaldılmasından daha ciddi problem adlandırıb.

“Qoşunların azaldılması kompensasiya oluna bilər, lakin biz uzaqmənzilli raketlər sahəsində geri qalırıq”, - deyə ekspert bildirib və qeyd edib ki, bu cür addımlar ABŞ-nin NATO ölkələrini qorumaq öhdəliyinə şübhə yaradır.

ABŞ və Almaniya “Tomahawk” və digər uzaqmənzilli silahların yerləşdirilməsi planlarını 2025-ci ilin iyulunda elan etmişdi. İlkin plana görə bu addımın 2027-ci ildə həyata keçirilməsi nəzərdə tutulurdu. Razılaşma Co Bayden administrasiyası dövründə əldə olunmuşdu.

Bundan əvvəl Tramp Almaniyadan ABŞ qoşunlarının bir hissəsinin çıxarılacağını bildirmişdi. Bu, Almaniyanın kansleri Fridrix Mertsin ABŞ-nin İrana qarşı hərbi kampaniyasını tənqid etməsindən sonra baş vermişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Almaniya   Tomahawk  


Bizi "telegram"da izləyin