"Bild": Almaniya NATO-nun şərq cinahında tank briqadası yerləşdirir

2025/12/1765862499.jpg
Oxunub: 329     00:42     03 May 2026    
Almaniya hərbi resurslarını "nəyin bahasına olursa-olsun", Litva ərazisinə istiqamətləndirərək orada tank briqadasının yaradılmasına başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.

Mövcud məlumatlara görə, söhbət qərargahı artıq Litvanın paytaxtı Vilnüsdə yerləşdirilmiş "45-ci tank briqadası"nın formalaşdırılmasından gedir. Təxminən 5 min alman hərbçisinin NATO-nun şərq cinahına göndərilməsi qərarı Almaniyanın müdafiə naziri Boris Pistorius tərəfindən qəbul edilib.

Bildirilib ki, birləşməyə rəhbərlik briqada generalı Kristof Huberə həvalə edilib.

"Biz alman xalqının NATO-nun şərq cinahında azadlığı və hüquqlarının cəsarətlə qorunması naminə canımızı verməyə hazırıq", - o bildirib.

Mövcud məlumata görə, bölmə 2027-ci ilə qədər tam döyüş hazırlığı səviyyəsinə çatmalıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Tank  


Bizi "telegram"da izləyin