Ordu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“Almaniya Prezident Donald Trampın yükün daha effektiv bölüşdürülməsi çağırışına cavab olaraq fəaliyyətini artırıb, müdafiə xərclərini əhəmiyyətli dərəcədə yüksəldib və ABŞ qüvvələrinin fasiləsiz çıxışı, yerləşdirilməsi və uçuşlarını təmin edib, bu da “Epik qəzəb” əməliyyatına dəstək verib”, - deyə senator Rocer Uiker və Nümayəndələr Palatasının üzvü Mayk Rocers bildiriblər.
Bəyanat Pentaqonun cümə günü ABŞ-nin gələn il ərzində Almaniyadan təxminən 5 000 hərbçini çıxaracağını açıqlamasından sonra verilib. Bu qərar Prezident Donald Trampın Almaniya kanslerini ABŞ-nin İrana qarşı müharibəsi ilə bağlı tənqidlərinə görə tənqid etməsindən sonra qəbul olunub.
Komitə sədrləri Pentaqonu ABŞ qoşunlarının Avropadakı mövcudluğunu qorumağa çağırıblar və onları şərqə doğru köçürməyi təklif ediblər. Onların sözlərinə görə, müttəfiqlər ABŞ qüvvələrinin yerləşdirilməsi üçün “əhəmiyyətli vəsait yatırıb” və bu, NATO-nun ön xəttini gücləndirərək daha baha başa gələ biləcək münaqişənin qarşısını ala bilər.
Missisipi ştatından senator və Alabama ştatından konqres üzvü qeyd ediblər ki, “Avropada ABŞ qüvvələrinin yerləşdirilməsində hər hansı ciddi dəyişiklik Konqres və müttəfiqlərlə sıx koordinasiya və ətraflı müzakirə tələb edir” və onlar gözləyirlər ki, Pentaqon qərar qəbul edərkən nəzarət komitələri ilə əməkdaşlıq edəcək.
Sevinc Əliyeva
Ordu.az