Ordu.az xəbər verir ki, bu barədə “Inbox.eu” məlumat yayıb.
Eyni zamanda Revekamp qeyd edib ki, amerikalı əsgərlərin bu qədər sayda çıxarılması “panika üçün səbəb deyil”.
Siyasətçi ABŞ prezidenti Donald Trampın siyasətini də tənqid edib.
“Təhlükəsizlik sahəsində tərəfdaşlıq sövdələşmə deyil, NATO isə bazar deyil. Amerika prezidentinin daimi təxribatları qəbuledilməzdir”, - deyə o bildirib.
Daha əvvəl Pentaqonda Almaniyada yerləşən hərbi bazalardan 5000 hərbçinin çıxarılması barədə məlumat təsdiqlənmişdi. Qurumda bu qərar “səmərəsiz bəyanatlara” cavab kimi izah edilmişdi.
Daha əvvəl AFR kansleri Olaf Merts bildirmişdi ki, İran ABŞ-ni “alçaldıb”.
Bu, ABŞ prezidenti Donald Trampın sərt reaksiyasına səbəb olub.
Sevinc Əliyeva
Ordu.az