“Politico”: Tramp administrasiyası koordinasiyaya deyil, Avropa ölkələrini cəzalandırmağa yönəlib

2026/04/1777437439.jpg
Oxunub: 303     18:43     02 May 2026    
ABŞ-nin prezidenti Donald Tramp administrasiyasının son qərarları göstərir ki, Ağ Ev İran və Ukrayna ətrafında artan fikir ayrılıqları fonunda getdikcə Avropa müttəfiqləri ilə əməkdaşlığa daha az, onlara təzyiq göstərməyə isə daha çox diqqət yetirir.

Ordu.az xəbər verir ki, bu barədə “Politico” yazır.

Nəşrin yazdığına görə, Vaşinqtonda bir sıra Avropa ölkələrinin mövqeyindən narazılıq artır, çünki onlar ABŞ-nin İrana qarşı sərt xəttini dəstəkləməyə tələsmirlər. Bu fonda “Politico”nun qiymətləndirməsinə görə, Tramp administrasiyası Avropa ilə hərəkətləri koordinasiya etməkdən daha çox, Avropa dövlətlərini “qınamağa və bəlkə də cəzalandırmağa” hazır olduğunu göstərir.

Nəşr qeyd edib ki, son həftələrdə Ağ Evin diqqəti nəzərəçarpacaq dərəcədə Ukrayna böhranından Yaxın Şərq istiqamətinə və İranla mümkün qarşıdurmaya yönəlib. Eyni zamanda ABŞ ilə Avropa İttifaqı arasında münasibətlərdə gərginlik artır, o cümlədən Trampın Avropa liderlərinə yönəlmiş tənqidləri və Avropada ABŞ hərbi mövcudluğunun mümkün azaldılması ilə bağlı müzakirələr səbəbindən gərginlik yaşanır.

“Politico” həmçinin diqqəti ona yönəldib ki, bu fonda Avropa ölkələri Vaşinqtonla münasibətlərin daha da soyumasından ehtiyat edərək öz mövqelərini bir-biri ilə və Ukrayna ilə daha fəal şəkildə koordinasiya etməyə çalışırlar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   Avropa  


Bizi "telegram"da izləyin