Amerikalı diplomat: "Vaşinqton və Bakı münasibətləri yeni səviyyəyə yüksəlib"

2026/02/1770745335.jpg
Oxunub: 291     13:44     02 May 2026    
ABŞ və Azərbaycan Strateji əməkdaşlıq haqqında Xartiyanın imzalanmasından sonra ikitərəfli təmasları artırıb.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon jurnalistlərə bildirib.

Onun sözlərinə görə, 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və ABŞ liderlərinin görüşündən sonra iki ölkə arasındakı münasibətlərdə müsbət dinamika müşahidə olunur.

E.Karlon vurğulayıb ki, avqustda baş tutan görüşdən sonra Vaşinqton və Bakı Strateji Tərəfdaşlıq haqqında Xartiya üzərində işə başlayıblar və bu sənəd 2026-cı ilin fevralında ABŞ-nin Vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri zamanı imzalanıb:

"Sənəddə əsas diqqət nəqliyyat əlaqələrinin, kommersiya və iqtisadi əməkdaşlığın inkişafına, eləcə də müdafiə və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətə yönəldilir. Xartiyanın imzalandığı vaxtdan etibarən konkret layihələri işə salmaq və ikitərəfli əməkdaşlığı irəlilətmək üçün ABŞ-dən Azərbaycana texniki ekspertlər və digər mütəxəssislər gəliblər".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Emi-Karlon   Vaşinqton   Bakı  


Bizi "telegram"da izləyin