Ordu.az xəbər verir ki, bu barədə Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov jurnalistlərə bildirib.
"Biz burada bərpa işlərinin sürətli şəkildə aparılmasına sevinirik və düşünürük ki, növbəti dəfə bəzi layihələrin tamamlandığını görəcəyik", - o qeyd edib.
Şuşada baş çəkdiyi xalça muzeyindən bəhs edən səfir Azərbaycanın zəngin mədəniyyəti və tarixinə də diqqət çəkib:
"Azərbaycanın inşa etdiyi muzeylər turizm üçün əlverişli rol oynayır".
Diplomat qeyd edib ki, Qarabağa səfəri zamanı Xocalıdakı soyqırımı muzeyi xüsusilə onun yaddaşında qalıb:
"Heç kim burada baş verənləri və bu faciədən sağ çıxanların necə bir qəhrəmanlıq nümayiş etdirdiyini unutmamalıdır".
Ordu.az